Laçında tarixi abidələr dağıdılıb - VİDEO

Laçında tarixi abidələr dağıdılıb - VİDEO

Dekabrın 1-də işğaldan azad olunan Laçında müxtəlif əsrlərə aid olan tarixi dini abidələr var. Bunlardan 5-ci əsrə aid olan Mağara məbədi, 14-cü əsrə aid olan Məlik Əjdər türbəsi, qədim kurqanlar, məscidlər, türbələr və məbədləri qeyd etmək olar. Həmçinin 73 mədəni tarixi abidə, 53 mədəniyyət müəssisəsi, 75 musiqi məktəbi, 1 rəsm qalereyası, 2 muzey var. Lakin İşğalçı Ermənistanın barbarlığı nəticəsində qeyd edilən abidələrin əksəriyyəti dağıdılıb və təhqir olunub.

Bunu REAL-a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə bildirdi.

Bundan başqa Məryəm Qafarzadə bildirdi ki, Şuşa şəhərindəki Şuşa tarix mədəni qoruğunun UNESCO-nun dünya irs siyahısına salınması ilə bağlı nazirlik tərəfindən artıq mühüm addımlar atılıb.

 

Mənbə: www.realtv.az