Tarixi filmdə rol alan aktrisa atdan yıxıldı

Tarixi filmdə rol alan aktrisa atdan yıxıldı

Serialda "Aybike" obrazını canlandıracaq aktrisa, rolu üçün at minməyə və qılınc təlimi almağa başlayıb. Təlimlər zamanı o atdan yıxılıb.

BAKI, 2 dekabr — Sputnik. Tanınmış türk aktrisası Esra Sönmezer "Kutay" adlı tarixi serialda çəkilməyə başlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda "Aybike" obrazını canlandıracaq aktrisa, rolu üçün at minməyə və qılınc təlimi almağa başlayıb.

Lakin təlimlər zamanı atdan yıxılıb. Aktrisa ağır yaralanmadığı üçün Allaha şükür etdiyini və at minməyin çox çətin olduğunu dilə gətirib.

Mənbə: sputnik.az