"Volkan kimi çox kişi var"

"Sadakatsız" serialında rol alan aktyor Caner Cindoruk "Retouch Men" jurnalına müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində həyat yoldaşına xəyanət edən birini canlandıran aktyor obrazı barədə danışıb:

"Həyat yoldaşını aldadan, ətrafına ziyan verən insan haqqlı ola bilməz. "Volkan" kimi çox kişi var. Yaxşı ata və həyat yoldaşı kimi görünür, amma iki insanı sevə biləcəyinə inanır. İnsanın biri ilə evli olarkən başqasıyla eşq yaşamasını başa düşmək olar. Ancaq eşqin arxasıyla gedəcəksə, digər münasibətini sonlandırmalıdır. Obrazımla yaxşı kimi görünən bu kişiləri aşkara çıxarmaq istədim".

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Səfərbərliklə çağrılan şəxslərin kredit borcları da silinəcək? - AÇIQLAMA

SONRAKI XƏBƏR

Kərbəla şəhərində Qarabağ şəhidlərinin xatirə məclisi keçirilib (FOTO)