Müğənni 5 ildən sonra sevgi etirafı etdi

Müğənni 5 ildən sonra sevgi etirafı etdi

Gənc popçu Şon Mendes şəxsi həyatı haqqında açıqlama verib.

Redaktor.az xəbər verir ki, karantin dövrünü müğənni sevgilisi Kamila Kabelo ilə keçirən ifaçı jurnallardan birinə veridiyi müsahibəsi zamanı şəxsi həyatı ilə bağlı etiraflar edib.

O, Kamilaya sevgisini etiraf etmək üçün 5 il gözlədiyini bildirib:

“Sevdiyiniz qadına eşq elan etmək üçün gərək insanda çoxlu cəsarət olsun. Sevgi etirafını gec etməyimin səbəbi Kabelo tərəfindən rədd ediləcəyimdən qorxmağım idi”. //Axşam.az

 

Mənbə: redaktor.az