Balaəli oğurluqda ittiham edilir – VİDEO

Balaəli oğurluqda ittiham edilir –

Meyxanaçı Balaəli Rzayevin həmkarı Xosrov Maştağalının toyunda ifa etdiyi “Xəyanət” mahnısısının oğurluq olduğu iddia edilir.

Bu barədə özünü müğənni Xəyyam kimi təqdim edən şəxs sosial şəbəkə hesabında məlumat yayıb.

Müğənninin sözlərinə görə, “Xəyanət” mahnısının müəllifi məhz odur və Balaəlinin bu əsəri öz adına çıxarması doğru deyil. O həminin Şəbnəm Tovuzlu və digər müğənnilərin də mahnını icazəsi ifa etdiyini deyib.


Qeyd edək ki, sözügedən mahnı Balaəlini ifasından sonra sosial şəbəkələrdə trend olub. Məsələ ilə bağlı Balaəli hələlik heç bir açıqlama verməyib.


Mənbə: bizim.media