Kenan Doğulu və Beren Saat sərbəst buraxıldı

Kenan Doğulu və Beren Saat sərbəst buraxıldı


İstanbulda narkotik istifadəsinə görə saxlanılan tanınmış müğənni Kenan Doğulu, həyat yoldaşı Beren Saat sərbəst buraxılıb.

Ötən gün narkotik ittihamı ilə saxlanılan, aralarında tanınmış şəxslər olan 23 nəfər məhkəmə qarşısına çıxarılıb.
Saxlanılanlardan Kenan Doğulu, həyat yoldaşı aktrisa Beren Saat, qardaşı Ozan Doğulu, müğənnilər - Berdan Mardini ilə Yaşar İpək və digərləri müəyyən müayinələrdən sonra sərbəst buraxılıblar.

Mənbə: www.bakupost.az