Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkədə yayılan görüntüləri ilə diqqət çəkib.
Sənətçinin səfər zamanı lentə alınan videosu qısa müddətdə sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Paylaşılan kadrlarda ifaçının istirahət etdiyi anlar əks olunub.
Xüsusilə Şəbnəmin yataqda çəkilmiş görüntüləri izləyicilərin marağına səbəb olub. Video müxtəlif platformalarda sürətlə yayılaraq çoxsaylı şərhlər toplayıb.
İzləyicilərin bir qismi görüntüləri səmimi və təbii hesab etsə də, digərləri fərqli fikirlər səsləndiriblər.
Həmin görüntüləri təqdim edirik:(milli.az)
Mənbə: publika.az