Ötən gün saxlanılan “Ahbap” dərnəyinin sədri, tanınmış müğənni Haluk Levent aid olduğu deyilən yazışmalar üzə çıxıb.
Türkiyə mətbuatına istinadən xəbər verilir ki, köməkçisi Yeliz Kayayla olan mesajlarda bəzi şəxslərə onun “mədə xərçənginə tutulduğu və pul axtardığı” barədə məlumat yaymağı tapşırdığı iddia olunur.
Yazışmalarda Haluk Leventin köməkçisi Yeliz Kayadan ona ağlayaraq səsli mesaj göndərməsini istədiyi də görünür.
Bundan başqa, “Ahbap” dərnəyinin əməkdaşları Emrah Gödeliner, Zafer Yay və Yeliz Kayanın adına açılmış IBAN hesablarından dərnəyin sədri Haluk Leventin istifadə etdiyi iddia edilir.
Məlumatlara görə, müğənninin 2020–2026-cı illər ərzində dərnəyin təsisçilərindən A.Ç.-yə məxsus olduğu bildirilən hesablar vasitəsilə ümumilikdə 990 milyon lirə məbləğində mərc oynadığı iddiası da istintaq materiallarında yer alıb. Həmin iddiaya əsasən, bu əməliyyatlar nəticəsində təxminən 390 milyon lirə zərər yaranıb.
Hazırda bununla bağlı məhkəmə prosesi davam edir və hələlik yekun qərar yoxdur.
İstintaq materiallarına daxil edilmiş maliyyə araşdırmalarında, “Ahbap” Dərnəyinin hesablarından Yeliz Kayanın hesabına ümumilikdə 120 milyon lirə köçürüldüyü deyilir.
Mənbə: qafqazinfo.az