Türkiyəli məşhur müğənni Edis qazancını daşınmaz əmlaka yatırıb. O, İzmirin Çeşmə rayonunun Dalyan bölgəsində yerləşən lüks villa alıb.
“Posta”ya istinadən xəbər verilir ki, Edis dənizə yaxınlığı və Saqqız adasına açılan mənzərəsi ilə seçilən ev üçün təxminən 1 milyon dollar ödəyib.
Bildirilir ki, məşhur müğənni villanı satın aldıqdan sonra evin interyer dizaynı ilə də şəxsən məşğul olub. Edis bütün dekorasiya işlərini öz zövqünə uyğun şəkildə planlaşdırıb.
Sıx konsert proqramından sonra dincəlmək üçün yeni evindən istifadə etməyi planlaşdıran sənətçinin yay mövsümünü də Çeşmədə keçirəcəyi qeyd olunur.

Mənbə: qafqazinfo.az