Dünyaşöhrətli model Bella Hadidin bir kovboyla görüşdüyü barədə şayiələr yayılıb.
“Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, Bella Hadid 38 yaşlı layihə meneceri, kovboy və tikinti biznesinin varisi olan Natan Leysi ilə görüşür. Münasibətləri barədə şayiələr yayılandan bəri Hadid biznesmenin doğma şəhəri olan Kolorado ştatının Krested Byut bölgəsinə tez-tez səfər edir.
Nəşrə açıqlama verən məlumatlı bir mənbə “Onun vaxt keçirdiyi biri var, lakin onlar hələ sadəcə bir-birini tanıma mərhələsindədirlər. Buna görə də məsələyə həddindən artıq ciddi məna yükləməyə ehtiyac yoxdur. O, ailə qurmaq niyyətində deyil; sadəcə, üzərinə ağır öhdəliklər götürmədən yanında birinin olmasını istəyir”, - bildirib.

Mənbə: qafqazinfo.az