“Bizim milli nə zaman yaxşı oynayıb ki?” – İlkin Misgərli

“Bizim milli nə zaman yaxşı oynayıb ki?” – İlkin Misgərli

“Əvvəllər millinin bütün oyunlarına gedib stadiondan izləyirdim. İndi isə getmirəm. Gözləyirəm millinin oyunu düzəlsin sonra gedim”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında ölkə futbolunu sevən aktyor İlkin Misgərli deyib.

“Millinin dünənki oyununa baxanda Yol əhvalatı filmindən bir səhnə yadıma düşdü.

-“Neftçi” yenə uduzdu”
-”Neftçinin udan vaxtı var ki?”

Bizim milli də belə. Nə zaman yaxşı oynayıblar? Daha öyrəşmişik böyükhesablı məğlubiyyətlərə. Məncə, heç bir məşqçini bir-biri ilə müqayisə etmək doğru deyil. Prosineçkinin vaxtında da meydana eyni oyunçular çıxırdı, Yurçeviçin vaxtında da. Təbii bir-iki dəyişiklik istisna olmaqla. Biz problemi başqa yerdə axtarırıq. Əvvəllər millinin bütün oyunlarına gedib stadiondan izləyirdim. İndi isə getmirəm. Gözləyirəm millinin oyunu düzəlsin sonra gedim. Həm də ki, işlərim çoxdur. Ümid edirəm, millinin oyunu baxımlı olacaq və bizi yeni stadionlarda toplayacaq”.

Əcəmi Əsədulla

Mənbə: yenisabah.az