Rəqsanə həyat yoldaşından boşanıb? - AÇIQLAMA

Rəqsanə həyat yoldaşından boşanıb? - AÇIQLAMA

Bu gün "Hər şey daxil" proqramında müğənni Rəqsanə İsmayılovanın qalmaqallı fotosessiyası müzakirə edilib.

BiG.AZ xəbər verir ki, ifaçının yeni fotosessesiyası ilə bağlı mətbuat katibi jurnalist Türkan Məmmədli açıqlama verib. O bildirib ki, fotolar bir neçə ay öncə Türkiyədə çəkilib:

"Rəqsanə kompleksiz ifaçıdır. Bilirsiz ki, mən onlara gedib-gəlirəm. Xəbərlər yayıldı ki, boşanıblar. Onun yoldaşı Fazil müəllim deyir ki, bu nədir, mətbuat niyə belə edir?! Ailələrində hər şey qaydasındadır. Çox mehriban həyat yaşayırlar. Fazil müəllim də çox müasir insandır. O 4 uşaq anası olaraq göstərir ki, görün necə gözəl bədən quruluşum var".

Qeyd edək ki, Rəqsanənin duet ortağı Türkiyəli müğənni Adil Karaca isə həmkarını fotosuna görə tənqid edib. Bildirib ki, o gənclərə pis örnək olur.

Şahidə Tapdıq

Mənbə: big.az