Verdiyi cavabdan utanan iştirakçı: "Bunu verməsəniz olmaz?" - VİDEO

Verdiyi cavabdan utanan iştirakçı: "Bunu verməsəniz olmaz?" -  VİDEO

"Kim Milyonçu olmaq istəyər" televiziya proqramında üçüncü sualında iştirakdan kənarlaşdırılan Esranur Balcı adlı yarışmacı Kenan İmirzalıoğlu'na "Bu hissəni verməsəniz olmaz?" - deyə xahişi maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, ötən həftə Türkiyənin ATV televiziyasında yayımlanan "Kim Milyonçu olmaq istəyər" proqramında Esranur Balcı adlı iştirakçı "Bir sənədli filmdə 'çox güclü çənəsi olan bu ətyeyən yırtıcılar ...' - şəklində bəhs edilən bunlardan hansıdır?" sualına "Antiloplar" deyərək yalnış cavab verib. Doğru cavabı - "Yaquarlar" eşidəndə isə təəccüblənən iştirakçı "Həyəcandan başım qarışdı. İzlədiyim sənədli filmlərə heyif" deyərək reaksiya verib.

"Verməsəniz olmaz?"

Sonra Kenan İmirzalıoğlunun "Söyləmək istədiyiniz bir şey varmı?" sualına "Verməsəniz olmaz" cavabı ilə qarışılıq verib. İmirzalıoğlu iştirakçının bu tələbinə sadəcə gülümsəyib.

Həmin görüntüləri təqdim edirik.

Mənbə: metbuat.az