Türkiyəli məşhur aktrisa Serenay Sarıkaya reklam və kino karyerasında yeni mərhələyə qədəm qoyub.
Uzun müddətdir əməkdaşlıq etdiyi markalarla müqavilələrini yeniləyən aktrisa ümumilikdə 75 milyon lirə (təxminən 2,7 milyon manat) gəlir qazanacaq.
Məlumata görə, o, bank reklamından 35 milyon lirə, cins geyim markası ilə yeni anlaşmasından isə 40 milyon lirə əldə edəcək. Sarıkayanın bankla 6-cı, cins geyim markası ilə isə 12-ci dəfə müqavilə imzaladığı bildirilir.
Bununla yanaşı, aktrisa rejissor Doğuş Algünün “Sevdiyim İnsanlar” filmində baş rol olan Azra obrazına həyat verəcək.
Qeyd edək ki, Serenay Sarıkaya sonuncu dəfə 2016-cı ildə ekranlara çıxan “İkimizin Yerinə” filmində rol alıb.
Müəllif: Roza
Mənbə: publika.az