İşğaldan azad olunan ərazilərdə bərpa işləri bu şəhərdən başlayacaq

“Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpa işləri ilə bağlı strategiya hazırlayır”.

Axeber.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, ilk olaraq bərpa işləri Şuşa şəhərindən başlanılacaq: “Çünki Şuşa şəhərində minalar demək olar ki, yoxdur. Ondan sonra isə Ağdam, Cəbrayıl, Füzuli və digər yerlərdə də bərpa işlərinə başlanılacaq”.

Axeber.az

ƏVVƏLKİ XƏBƏR

“Barselona”nın prezidentliyinə namizədlər azalır

SONRAKI XƏBƏR

Hökumət ötən il nə qədər büdcəyə qənaət edib? - AÇIQLAMA