Anjelika Varum ABŞ-da mənzilini hərracda itirmək təhlükəsi ilə üzləşib - FOTO

Anjelika Varum ABŞ-da mənzilini hərracda itirmək təhlükəsi ilə üzləşib -

Rusiyalı müğənni Anjelika Varum ABŞ-da kommunal ödəniş borclarına görə mənzilini itirmək təhlükəsi ilə qarşılaşıb.

Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Məlumata görə, 57 yaşlı sənətçinin Mayamidə yerləşən Aventi at Aventura yaşayış kompleksindəki 122 kvadratmetrlik mənzili kommunal borclara görə iki dəfə lien (əmlaka qoyulan hüquqi məhdudiyyət) statusu alıb.

Bu status daşınmaz əmlakın satışını məhdudlaşdırır və sahibinin kredit tarixçəsinə mənfi təsir göstərir.

Varum həmin mənzili 2021-ci ilin yanvarında 345 min dollara alıb. Hazırda isə onun bazar dəyərinin təxminən 750 min dollar olduğu bildirilir. Müğənni hər il bu əmlak üçün 5,8 min dollar vergi, aylıq isə 700 dollar yaşayış kompleksi üzrə xidmət haqqı ödəyir.

Bildirilir ki, 2024-cü ilin iyulunda kommunal borca görə mənzilə ilk dəfə hüquqi məhdudiyyət qoyulub. Müğənni borcu yalnız altı ay sonra ödəyərək 5,3 min dollar cərimə və dəbbə pulu verib. Bundan sonra, 2025-ci ilin yanvarında məhdudiyyət aradan qaldırılıb.


Lakin 2025-ci ilin oktyabrında 6 min dollarlıq yeni borca görə əmlaka yenidən məhdudiyyət tətbiq edilib. Bu dəfə Varum borcu üç ay ərzində ödəyib və məsələ məhkəməyə qədər çatmayıb.

Məlumata görə, ABŞ qanunvericiliyinə əsasən, kommunal borc 6–12 ay ərzində ödənilmədiyi halda, yaşayış kompleksi rəhbərliyi məhkəməyə müraciət edərək mənzilin məcburi hərraca çıxarılmasına nail ola bilər.




Mənbə: bizim.media