Xərçəngə qalib gələn Boris Qraçevski koronavirusa məğlub oldu

Xərçəngə qalib gələn Boris Qraçevski koronavirusa məğlub oldu

Yanvarın 14-də vəfat edən Rusiyanın tanınmış sənət xadimi, "Yeralaj" Uşaq Yumoristik Kinojurnalının Bədii rəhbəri Boris Qraçevski ilə yanvarın 17-də vida mərasimi keçiriləcək.

Open.az xəbər verir ki, dekabrın 28-dən xəstəxanada olan 71 yaşlı rejissor koronavirusa yoluxmuşdu. Dekabrın 31-də vəziyyəti ağırlaşan Boris Qraçevskini reanimasiya şöbəsinə yerləşdirmişdilər. Yanvarın 3-də səhhətində stabilləşmə nəzərə çarpan B.Qraçevski, sosial media hesabından məlumat yayaraq, vəziyyətinin düzəldiyini və yaxın zamanlarda evə yazılacağını bildirmişdi. Amma virus öz işini görmüşdü. Belə ki, yenidən vəziyyəti ağırlaşan Boris Qraçevski bir müddət əvvək komaya düşmüşdü. Yanvarın 14-də isə tanınmış rejissor vəfat etdi.

71 yaşlı mərhum Boris Qraçevski ilə vida mərasimi yanvarın 17-də Rusiyanın "Kino Evi"ndə olacaq. Vida mərasimindən sonra mərhum rejissor Troekurov qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Boris Qraçevski 1949-cu il martın 18-də Moskva vilayətinin Ramenski rayonunda anadan olub.

1974-cü ildə Aleksandr Xmeliklə birlikdə "Yeralaj" uşaq kinojurnalını yaradıb və ömrünün sonunadək jurnalının Bədii rəhbəri və baş redaktoru olub.

Xatırladaq ki, bir neçə il əvvəl xərçəng xəstəliyi ilə mübarizə aparan Boris Qraçevskinin orqanizmi xərçəngə qalib gəlsə də, koronovirusla mübarizəyə davam gətirə bilmədi.

Ülviyyə Həsənqızı

Mənbə: open.az