“Verilişimi izlədim, nə yalan deyim, heç özümü bəyənmədim, amma yavaş-yavaş düzələcək”

“Verilişimi izlədim, nə yalan deyim, heç özümü bəyənmədim, amma yavaş-yavaş düzələcək”

“Əslində hamı bilir ki, mən aparıcı deyiləm. Sadəcə olaraq Vaqif müəllim “Space” kanalının komandası ilə məni kanala dəvət etdi və düşündüm ki, niyə də yox, niyə də özümü bir aparıcı kimi sınamayım?”

Bunu Moderator.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib. F.Fətəliyeva bundan sonra “Space” kanalında veriliş aparacağını bildirib:

“Əslində hamı bilir ki, mən aparıcı deyiləm. Sadəcə olaraq Vaqif müəllim “Space” kanalının komandası ilə məni kanala dəvət etdi və düşündüm ki, niyə də yox, niyə də özümü bir aparıcı kimi sınamayım? Əlbəttə ki, bu da bir məktəbdir. Mən illərdir sözünü deyən aparıcılarımıza salamlarımı söyləyirəm və onların yüksək səviyyədə təqdim etdikləri verilişlərin qonağı olaraq həmişə demişəm ki, sizin çox çətin bir işiniz var. Bir var evində kimisə qonaq edirsən, amma bir də var ki, sən aparıcı kimi onu milyonların qarşısında qarşılayırsan və təqdim edirsən. Həmişə deyirdim ki, həmin aparıcılarımıza halal olsun ki, onlar özlərini bu cür göstərə bilirlər. Düzdür, mən onlar kimi ola bilmərəm, bunun üçün illər lazımdır, praktika öz sözünü deyir. Bu gün verilişim getdi, kənardan özümü izlədim, səhvlərim də var idi, nə yalan deyim, heç özümü bəyənmədim. Çünki bu təklif qəfildən oldu. Amma yavaş-yavaş hər şey düzələcək. Mən istəmirəm ki, verilişim qalmaqallı veriliş kimi təqdim olunsun. Şou xarakterli verilişim iki saat olacaq, pozitivə köklənəcəyik, mahnılar, rəqslər, idman və çox istedadlı insanlar var ki, onları tamaşaçıya təqdim edəcəyik”.

Qeyd edək ki, F.Fətəliyeva bundan sonra “Space” kanalında “Hər səhər” verilişinin şənbə-bazar buraxılışında ekrana çıxacaq.

 

Vasif Əlihüseyn

 

 

 

Mənbə: moderator.az