Natavan Həbibi ilk dəfə danışdı: "Ailəmizdə yaşananlar..."

Natavan Həbibi ilk dəfə danışdı: "Ailəmizdə yaşananlar..."

Müğənni Natavan Həbibi ilk dəfə həyat yoldaşı reper Dadodan (Səid Əliyev) boşanması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Natavan Həbibi MTV Azərbaycan kanalına açıqlamasında bu sözləri deyib: "Əslində, çoxdandır demək istəyirəm ki, bizim ailəmizdə yaşananlar adi bir haldır. Bütün ailələrdə necədirsə, bizdə də elədir. Bir-biri ilə dalaşmayan, küsməyən ailə varsa, nə xoş onlara... Bizdə ömür boyu gördüyüm məsələlərdir, hamı kimi biz də yaşayırıq, boşanmamışıq. Bizdə hər şey o qədər göz önündədir ki, dalaşdıq, boşandıq və s. Çoxdandır bu şeylərə fikir vermirəm".

Qeyd edək ki, Natavan Həbibi ilə Dadonun Zeyd adlı oğlu var.

Mənbə: teleqraf.com