Nəsrin “Yasak Elma”dan ayrılır? – ŞOK AÇIQLAMA

Baş rollarında Şevval Sam, Eda Ece və Nəsrin Cavadzadə kimi aktrisaların çəkildiyi “Yasak Elma” haqqında yeni xəbərlər yayılıb.

ONN media xəbər verir ki, əsas rol ifaçılarından olan Nesrinlə ekran işinin produseri Fatih Aksoy arasında gərginlik yaşanıb.

Belə ki, Cavadzadənin icazə almadan “Netflix”də yayımlanan “Bir Başkadır” serialında çəkilməsi Aksoyu əsəbiləşdirib. Bundan sonra çəkiliş heyəti arasında Nəsrinin layihədən ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

Bununla bağlı açıqlama verən Fatih Cavadzadəni serialdan çıxarmaq istəsə də, ssenariyə əsasən onun layihədən uzaqlaşdırılması hələ ki, təxirə salınıb.

 

Onn.az

ƏVVƏLKİ XƏBƏR

"Survivor"da dava düşdü - FOTO

SONRAKI XƏBƏR

Koronavirusdan da betər epidemiya yayılıb - Myasnikov