Lalə Məmmədova: "Mən fəhləyəm" - VİDEO

Lalə Məmmədova: "Mən fəhləyəm" - VİDEO

Əməkdar artist Lalə Məmmədova bir müddət öncə keçmiş həyat yoldaşı ilə bağlı yaşadığı qalmaqaldan danışıb.

Yay istirahəti haqda düşünməyən və işlərinə davam edən L.Məmmədova çətin anlarında ona dəstək olan hər kəsə təşəkkür edib: "Qalmaqal deyildi, sadəcə olaraq heç vaxt istəməzdim ki, üzə çıxsın. Amma gördüyünüz kimi, qarşı tərəf bəzi şeyləri işıqlandırdı. Sağ olsun həmkarlarım və digər şəxslər ki, mənə dəstək oldular".

İfaçı son zamanlar imicində olan dəyişikliklərin səbəbkarının kimliyini də açıqlayıb: "Dəyişimimə təkan Elnur Həsənovdur. O məni elə bəzəyib, ruh laına gətirir ki, həvəsim olmasa belə mikrofonu götürüb oxumaq istəyirəm".

Lalə Məmmədova onun lüks həyat yaşadığını düşünənlərin olduğunu bildirib: "Həyatımda nə olsa belə mənə aiddir. Sevgi olsa da olmasa da instagramda məni izləyən hər kəs lüks həyat yaşadığımı düşünür. Mən fəhləyəm. Maşın sürürəm, uşaqları bağçaya, məktəbə aparıram. Necə deyərlər gərgin həyat tərzindəyəm".

Mənbə: www.sonxeber.az