Türkiyədə keçirilən toylardan birində maraqlı hadisə yaşanıb.
Haberler.com-a istinadən yeni evlənən cütlüyün taxma mərasimində qayınana ənənəvi zinət əşyaları əvəzinə avtomobil açarını qırmızı lentə bağlayaraq gəlinin boynundan asıb.
Salondakı qonaqların gurultulu alqışları ilə müşayiət olunan bu anlar böyük marağa səbəb olub.
Mənbə: www.bakupost.az