Boşanmaları ilə bağlı xəbərə aydınlıq gətirdi

Boşanmaları ilə bağlı xəbərə aydınlıq gətirdi

 

Müğənni Natavan Həbibi ilə repçi Səid Əliyevin (Dado) boşanması ilə bağlı mövzu yenidən gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, ötən ilin noyabrında Dadonun “çox heyif, biz boşandıq” paylaşımından bir müddət sonra cütlük barışmaq qərarına gəlib.

Əvvəlcə Səid açıqlama verərək ayrılmadıqlarını qeyd edib. N. Həbibi isə “Onda görüşək” proqramına telefonla bağlanaraq məsələyə aydınlıq gətirib:

“Bizim məsələmiz hamıda necədirsə, elədir. Heç dalaşmayan, küsməyən ailə varsa, nə xoş onlara. Hamı onu yaşayır, biz də. Biz boşanmamışıq. Hər şey o qədər göz önündədir ki, insanlar hələ də nəsə fikirləşəndə deyirəm ki, mən necə safam. Dalaşdıq, barışdıq, videolar paylaşdıq”.

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların bu nikahdan Zeyd adlı bir oğlan övladı var.

Mənbə: qafqazinfo.az