Rusiyada ağ ayılarla bağlı xüsusi layihə keçiriləcək

Rusiyada ağ ayılarla bağlı xüsusi layihə keçiriləcək

Rusiyada ağ ayılarla bağlı xüsusi layihə başladılıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Çukot yarımadasında xüsusi təhqiqat mərkəzi yaradılıb. Təhqiqat mərkəzi şimal ayılarının genofondunu araşdıracaq və bu ayılarla bağlı bioloji araşdırmalar aparacaq. Həmçinin nadir balina növləri ilə bağlı da elmi araşdırmalar aparılacağı bildirilib.

Ağ ayılar həm Rusiyada, həm də təbiətin mühafizəsi ilə bağlı beynəlxalq təşkilatların siyahısında nadir və nəsli kəsilməkdə olan növ hesab edilir. Qırmızı kitaba daxil edilib. 1957-ci ildən ağ ayıların ovlanması yasaqlanıb.

Mənbə: www.unikal.org