DƏRİN ŞUŞA- Əkbər QOŞALI

DƏRİN ŞUŞA- Əkbər QOŞALI

Şuşa! 269 il öncə əsası qoyulan qala şəhərimiz, dağlar başındakı incimiz. Pənahabadımız, mədəniyyət pənahımız, dirçəliş abadlığımız! Bizim Şuşa!

Dövlət başçımızŞuşa şəhəriniAzərbaycanın Mədəniyyət Paytaxtı elan edib.- Öncə vəd verdi, sonra azad etdi, daha sonra Mədəniyyət Payatxı elan etdi, bundan az sonra, xanımı və qızı ilə Şuşaya səfər etdi, bir gecə Şuşada qaldı, düşmənə Şuşadan ismarınclar verdi.

Şuşa bizim şəhərdir, biz salmış, bir dirçəltmiş, oranı biz Şuşa etmişik. Şuşa Azərbaycan xanlıqqurma mədəniyyətinin, dövlətçilik mədəniyyətinin, şəhərsalma mədəniy­yətinin, qala tikmə mədəniyyətinin təntənəsidir. Zatən mədəniyyət sözünün bir anlamı da "şəhərsalma"dır (ərəbcə "Mədinə" sözündən gəlir).

Şuşada salınmış 17 məhəllənin adlarına diqqət edək: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə...Keçmişi adından bəlli. Bəlli ki bu şəhər hər halı ilə Azərbaycan şəhəridir.

Bütün insanlar eyni mədəniyyətə malik deyildir, təbii. Mədəniyyət tək deyil, çoxçeşidlidir. Hansı zamanda və məkanda yaşayarsa yaşasın, bir-birinə qonşu olduqları üçün, sözün geniş anlamında, eyni müəssisələrə sahib olan toplumların birliyinə, birlikdəliyinə "mədəni təbəqə", "mədəniyyət zümrəsi" deyilir. - Mədəniyyət, bu toplumlar arasındakı ortaq müəssisələrin məcmusudur. - Kulturoloq alimlər belə vurğulayır.

Bu yerdə biz də vurğulayaq ki, öz korafəhmliklərini unudub Şuşanı Şuşi kimi qəbul etdirməyə çalışan xəstə erməni düçüncəsi (daha doğrusu, düşüncəsizliyi), bir dönüb özünə baxmır: əgər sən bir ölkə miqyasında başqa xalqlara, millətlərə yaşama şansı tanımırsansa, onu balaca bir şəhərdə necə tanımış ola bilərsən? Şuşa adı mədəniyyətlə qoşa çəkilirsə və sən birgəyaşayış mədəniyyətinə uzaqdan da uzaqsansa - bugün Ermənistan boyda mədəniyyət xarabalığında monoetnik "dövlət" qur­musansa, nə əcəb, Şuşada multikultural cəmiyyət qurmağa qabil oldun? - Buna hansı zehniyyətsiz, məntiqsiz inanar? Şuşa o xalqa aid ola bilər ki, o, başqa xalqlara, mədəniyyətlərə, dinlərə qarşı dözümlüdür. Belə bir dözüm ermənilərin, erməni toplumunun, ermənilərin ən müxtəlif dönəmlərdəki siyasi-hərbi başbilənlərinin təbiətinə xasolmayıb, tam tərsinə, o təbiətsiz təbiətlə ziddiyyət təşkil edib. Məsələn, Kəlbəcərdə qanunsuz məskunlaşmış erməni ilə Şuşada qanunsuz məskunlaşmış erməni arasında ufacıq fərq olsa da, xislətləri eynidir, mədəniy­yət­sizlikləri eynidir: Kəlbəcrli ola bilməyən erməni unitaz, Şuşalı ola bilməyən ermənisə, onlara aid olmayan evlərdən, idarə və müəssisələrdən"otopleniya"nı söküb aparıb...

Biz isə Şuşanın mənasını özündən böyük bilmişik, elə qəbul edirik, əbədiyyən də belə biləcəyik. Şuşa bir Azərbaycan şəhəri olaraq, yalnız 39°45′ şm.e. 46°45′ ş.u.-nu, 5,5 km² sahənin adını ifadə etmir bizimçün; Şuşa yalnız coğrafiya deyil, iqlim deyil, orası ürəyimizin, ruhumuzun coğrafiyasıdır, mədəniyyətimizin iqlimidir. Əlbəttə, Azərbaycan mədəniyyəti 1752-ci ildən başlamır, çox qədimdir, bununla belə Şuşa kimi bir şəhər ideyasına gəlmək, onu şüurda bəsləmək, əməldə gerçəkləşdirmək köklü mədəniyyətin bəhrəsidir. Mədəniyyət qat-qatdır, mədəniyyət suxurlaşır, necə deyərlər, bir qat olmadan o biri qat mümkün olmur. Yəni Şuşa birdən-birə meydana gəlməyib, o, öncə şüurlarda, təfəkkürlərdə, mənəviyyatda formalaşıb və sonra dağlar başında şəhər ömrü çiçəklənib.

Şuşa Şuşadan dərindir.

Şuşa Şuşadan ucadır.

Şuşa Şuşadan çoxdur.

Şuşa Şuadan genişdir.

Şuşa, necə deyərlər, yalnız elmlə deyil, helimlə, yalnız fizika ilə deyil, metafizika ilə başa düşülə, idrak edilə, ruh edinə bilər...

Əlbəttə, bilənlər onsuz da bilir ki Şuşanın ermənilərlə heç bir bağlılığı yoxdur - nə şəhər salınanda, nə ilk məskunlaşmada, nə qorunmasında, nə bugünündə, nə gələcəyində erməni(zim) yoxdur! Arada Şuşi kimi sırımağa çalışdıqları illər böyük tarix üçün heç nədir - bir işğal rüzgarıydı, gəldi keçdi. Bitdi o işğalda, o saxtakarlıqlar da.

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" - Bizim Azərbaycan Dünyamıza, Türk Kainatımıza, İnsanlıq Tarixinə, Mədəniyyət Aləminə altun dalğalarla yayılan 09 noyabr 2020-ci il tarixli bu səs, Şuşanın əbədi müəyyənliyidir! - Bu müəyyənliyin müəllifi, memarı başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Müzəffər Azərbaycan Ordusudur! Müzəffər Ali Baş Komandanın hərbi geyimdə Şuşaya səfəri, oradakı tarixi çıxış və verdiyi ismarınclar, Şuşa zəfərimünasibəti ilə Xalqa Müraciətin davamı, inkişafıdı.

Dövlət başçısı deyir və eləyir. Dövlət başçısının sözü sözdür! Məhz bu məqamı dost da, düşmən də unutmamalıdır. Necə ki, 44 günlük müharibədən öncələr Prezident müxtəlif tribunalarda, platformalarda öz ismarınclarını verir, xəbərdarlıqlarını edirdi, indi də, dağların başındakı inci şəhərimizdən verilən ismarınclardan bütün maraqlı tərəflər öz payını götürməlidir.

 

Demək, bundan sonra:

bizlərin, toplumumuzun inkişafının çağdaş səviyyəsi, yaratdığımız, nəsildən-nəsilə ötürdüyümüz maddi, mənəvi dəyərlər çiçəklənəcək Şuşada.

Şuşada fikir əkəcək, sənət becərəcək, mədəniyyət bəsləyəcəyik;

Şəhərimizi, qalamızı, incimizi abadlaşdıracaq, yaxşılaşdıracaq - yaralarını sağaldacağıq;

Torpağınıhavalandıracaq, becərəcəyik - işləyəcəyik Şuşamızda. Alın tərimiz düşən Şuşa torpa­ğından Xarıbülbüllər mayalanacaq - öz gül ömrünü yaşayacaq, yaşayışı güllənəcək, güllələn­məyəcək daha...

Getdikcə, Şuşalıların çalışma çevrəsi genişlənəcək, yenidən maarifçilik, şeir-sənət, sənətkarlıq... dağlar başında şəhərlilik yeni vüsət alacaq.

Şuşadan yenidən mədəniyyət axımları, şeir-sənət cərəyanları yayılacaq, yeni üslublar...axarına tanıq olacağıq. Hegel mədəniyyəti "insan tərəfindən yaradılmış ikinci təbiət" deyə tərif etmişdi. Mədəniyyət kimi Şuşa da özlüyündə bir şansdır - birincisi təbiət tərəfindən, ikincisi həm təbiət həm o təbiəti mədəniyyət təbiətinə, yaşama çevirən, o gözəl iqlimdən mədəniyyət iqliminə keçid edən biz azərbaycanlılarındünyaya bəxşişidir.

Sərvətdir Şuşa! Nemətdir Şuşa! Şuşa biz azərbaycanlılar tərəfindən yaradılmış,240 il + 2 ay içindətoplanılmış maddi və mədəni dəyərləri, qalanı əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansın ta özüdür, tərcümanıdır.Bu il 269 yaşı tamam olan Şuşamızın ömründən 28 il kəsilib... - Şəhərlər də şəhərquranlar kimi xətələnə, həbsə alına, girov götürülə bilər... deyək. Keçmiş olsun! Ordumuzun qoluna, ruhuna qüvvət!

Ermənilərdə Şuşalılıq davranışı, necə deyərlər, qala mədəniyyəti yoxdu, ha illah mənimsəyə bilmədilər ki bilmədilər.- Hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi biliklər, vərdişlər, ictimai və istehsalat həyatı, savad-tərbiyə, yaradıcılıq, nəhayət mənəvi-əxlaqi fəallıq onun mədəni səviyyəsini, mədəniyyətini ifadə edir, deyirlər. Buraya (bizim misalda, Şuşaya), yaradılmış sərvətlər, o cümlədən maddi sərvətlər də daxildir.XIX yüzilin sonu - XX yüzilin əvvəllərində Şuşabütün Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Önfqazın konservatoriyası" adlandırırdılar.

Gəlin qala şəhərin tanınmış mədəniyyət-incəsənət xadimləri daxil olmaq, ünlü sakinlərinin adlarını anaq: Pənahəli xan (Şuşanın qurucusu, Qarabağ xanı),İbrahimxəlil xan (Qarabağ xanı),

Qasım bəy Zakir (Şair),Məhəmməd bəy Aşiq (Şair),Mirzə Məmmədqulu Təbib (Həkim),Mirzə Sadıq Piran (Şair),Xurşidbanu Natəvan (Şair),Mir Möhsün Nəvvab (Şair, rəssam, xəttat və musiqişünas),Hacı Hüsü (Xanəndə),Bülbülcan (Əbdülbağı Kərbəlayi Əli oğlu Zülalov; Xanəndə),Fatma xanım Kəminə (Şair),Mirzə Sadıqcan (Tarzən, tarı təkmilləşdirən sənətkar),Həsənəli xan Qaradaği (Maarifpərvər, şair, pedaqoq və ədəbiyyatşünas),Kərim bəy Mehmandarov (Həkim),Nəcəf bəy Vəzirov (Yazıçı-dramaturq),Mehdiqulu xan Vəfa (Hərbçi),Səfərəli bəy Vəlibəyov (Maarif xadimi),Nəcəfqulu bəy Şeyda (Şair),Cabbar Qaryağdıoğlu (Xanəndə),Bəhram bəy Axundov (Həkim),Firidun bəy Köçərli (Maarifçi),Seyfulla Mirzə Qovanlı-Qacar (Hərbçi),Haşım bəy Vəzirov (Pedaqoq),Ağa xan Qarabaği (İctimai xadim),Əhməd bəy Ağaoğlu (İctimai-siyasi xadim),Əbdürrəhim bəy Haqverdiyev (Yazıçı),Məcid Behbudov (Xanəndə),Süleyman Sani Axundov (Yazıçı-dramaturq), İslam Abdullayev (Xanəndə),Fərhad Ağazadə (Pedaqoq),Qəmər bəyim Şeyda (Şair),Zülfüqar Hacıbəyov (Bəstəkar),Əhməd Ağdamski (Opera müğənnisi),Yusif Vəzir Çəmənzəminli (Dövlət xadimi, yazıçı),Nəriman bəy Nərimanbəyli (Dövlət xadimi),Ceyhun Hacıbəyli (Yazıçı, ictimai xadim),Xəlil İbrahim (Jurnalist),Əli Zülalov (Opera müğənnisi),Dadaş Həsənov (Siyasi xadim),Xan Şuşinski (Xanəndə),Sürəyya Ağaoğlu (Vəkil;Türkiyənin ilk qadın vəkili),Lətif Kərimov (Xalq rəssamı, naxışşünas, xalçaşünas),Şəmsi Bədəlbəyli (Teatr aktyoru, teatr rejisoru),Barat Şəkinskaya (Xalq artisti, teatr və kino aktrisası),Cəlal Qaryağdı (Heykəltəraş),Zakir Bağırov (Bəstəkar),Mehdi Məmmədov (Teatr aktyoru, teatr rejissoru),Soltan Hacıbəyov (Bəstəkar),Lətif Səfərov (Kino aktyoru və rejissor),Süleyman Ələsgərov (Bəstəkar),Münəvvər Rzayeva (Heykəltəraş) və b... - Uzun olmayan illər ərzində bu say və sanbalda şəxsiyyət yetişdirmək ermənilərin nəinki bir şəhərinə, bütün dünya erməniliyinə xas deyil! Və bu say-sanbalda şəxsiyyətin yetişməsi üçün yaddaş suxuru, mühit, gələnək, təcrübə və s. olmalıydı. Demək, şəhər qurulmamışdan onun ruhu bərqərar olub o dağlar başında... Şuşanın öz mistikası var. Axşamüstü uzaqdan xanın və Xanın səsi havalanıb oralarda, o səs itməyib, haralardasa eşidilməkdədir yenə...

Ermənilərin əli ilə, təhriki ilə, illa da ermənilərin üzündən üç dəfə (1905, 1920 və 1992-ci illərdə) üç dəfə yandırılan Şuşanı, 2020-ci ildə də tərk etmədən öncə yandırmağa ermənilərin sadəcə macalı olmadı. Yoxsa, ermənilərin başqasının evindən yaşamaq, çıxarkən də o evi yandırmaq kimi bir "milli mədəniyyət"ləri vardır... Qəhrəman, fədakar və peşəkar Azərbaycan əsgəri Şuşanı Şuşanın adına layiq azad etdi!

Barbar ermənilər Şuşanı 1992-ci ildə işğal edincə bizlərin tarix izini silmək üçün 600-ə yaxın tarix-memarlıq abidəsini, o cümlədən şəhərin qurucusu Pənahəli xanın Sarayını, Yuxarı Gövhər Ağa Məscidini, Aşağı Gövhər Ağa Məscidini, Xurşidbanu Natəvanın Evini, Molla Pənah Vaqifin Məqbərəsini dağıdıb, talan edib. Bununla da dinclik tapmayan barbarlar 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin Şuşa filialını və Xalq Tətbiqi Sənəti Muzeyini, Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq Musiqi alətləri fabrikini dağıdıb, buradakı nadir sənət incilərini talayıb və ya məhv edib. Şəhərdəki müxtəlif muzeylərin təqribən 6800 (!) əşyası vəhşi qəbilə tərəfindən qarət edilib.

Şuşa şuşalılarla bütövdü, tamdı. Ruhu bir, ürəyi bir, iqlimi, sözü bir olmayanlar Şuşada kirayədə qalırmış kimi, nə bilim, qonaq kimi qala bilərdi... Düşmən kimi qalanlar bir daha Şuşa üzü görməyəcək, ƏvəlAllah!

Müzəffər Ali Baş Komandanın Şuşa ismarınclarında bu məqam da vardır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Mənbə: olaylar.az