İncəsənətsevərlər "Azərbaycandır bura!" adlı layihəni TƏQDİM ETDİLƏR - VİDEO

İşğal olunan torpaqlarımızla bağlı vətənpərvər ruhunda hazırlanan layihələr sırasına daha biri də əlavə olunub.

Metbuat.az xəbər verir ki,"Laboratory of Art" incəsənət platformasının üzvləri birlikdə maraqlı bir işə imza atıblar.

Azərbaycanın ayrılmaz parçası, işğaldan azad edilən gözəl Qarabağ torpaqlarının sevgisini öndə tutaraq hazırlanan layihə yeddi gün ərzində ərsəyə gəlib.

"Laboratory of Art" sosial platformasının rəhbəri, "Azərbaycandı bura" layihəsinin ideya müəllifi Fərid Nəsibzadə Metbuat.az-a müsahibəsində bildirdi ki, bu layihə Qarabağ zəfəri münasibat ilə xalqımıza hədiyyədir.

''Bu videoçarxı hazırlamaqda məqsədimiz o oldu ki, 44 günlük müharibədə qazanılan zəfərdən sonra Azərbaycanımızın haqq səsini Türk dünyasına, dost ölkələrə çatdıraq. Biz düşünürük ki, qəhrəmanlıq tarixinə adlarını qızıl həriflərlə yazdıran Çingiz Mustafayev, Mübariz İbrahimov, Polad Həşimov timsalında olan igidlərimizin, şəhidlərimizin keçdiyi zəfər yolu gələcək nəsillər üçün ibrətamiz bir dastana çevrilməlidir.

Görəcəyimiz işlərdə də gələcəkdə vətənimizi tərənnüm edəcək mövzulara toxunaraq, müxtəlif bu tərzli vidoeçarxlar hazırlayıb təqdim etmək niyyətindəyik".

Qeyd edək ki, videoçarxda səsləndirilən şeirin müəllifi Sevinc İbrahim Nur, rejissoru Kərim Rəimov, səs aranjmanı Namiq Zeynalova məxsusdur. "Azərbaycandır bura" layihəsində şeirləri peşəkar qiraətçilər Məryəm Rövşən, Zeynəb Axundova, Əli Rövşən səsləndirib.

 

 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

“Elə kitablar nəşr olunur, təkcə müəllif bilir, nazirliyin sektoru...” - Müsahibə

SONRAKI XƏBƏR

Azərbaycan hər biri $125 min olan 152 xüsusi təyinatlı avtomobil alıb