"Qızım müğənni olmaq istəyirdi, icazə vermədim" - Naibə Allahverdiyeva

"Qızımın 23 yaşı var. İngilis dili üzrə tərcüməçidir. Şou-biznesdən uzaq yerdə çalışır".

XeberOxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Evdəkilərə salam" proqramında deyib. Aktrisa qızı Məryəmdən danışıb. O bildirib ki, övladını ərə vermək istəsə də o, razılaşmır:

"Deyirəm ki, nənə olmaq istəyirəm. Oturub hərdən öz-özümə nəvə boyu sevələyirəm. Məryəmə deyəndə nəvə istəyirəm, gətirib balaca itini qoyur yanıma ki, oynat. İndiki qızlar gec ərə gedir, bəyənmirlər. Amma qızı vaxtında ərə vermək lazımdır.

Bir ara müğənni olmaq istəyirdi, icazı vermədim. Dedim lazım deyil. Nə qədər müğənni var. Həm də səsi yaxşı deyildi, oxuyanda ciyildiyirdi. Gərək hansısa sənətin ya sənətkarı olasan, ya da olmayasan".

Xeberoxu.az

ƏVVƏLKİ XƏBƏR

Vətən müharibəsi iştirakçılarının özünüməşğulluq proqramına cəlbi genişləndirilib

SONRAKI XƏBƏR

Yanvarın 31-də metroda gediş haqqı 40 qəpik olur? - RƏSMİ AÇIQLAMA