Osmanlı şahzadəsi vəfat etdi

Osmanlı şahzadəsi vəfat etdi

Osmanlı Xanədan rəisi Şahzadə Dündar Əbdülkərim Osmanoğlu vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şahzadə Şam şəhərində müalicə aldığı xəstəxanada 88 yaşında denyasını dəyişib.

Onun ölümü ilə bağlı Şahzadə Əbdülhəmid Qayıxan Osmanoğlu məlumat yayıb:

“Əmim Dündar əfəndinin ciddi sağlamlıq problemləri vardı. Suriyada- Şamda müharibənin ortasında qalmışdı. Türkiyəyə gətirmək üçün ciddi mübarizə apardıq, ancaq təəssüf ki, buna müvəffəq ola bilmədik. Buna görə çox kədərliyik. Millətimizin başı sağ olsun”.

Mənbə: qafqazinfo.az