Koronavirusa yoluxan aparıcı ağlayaraq VİDEO çəkib paylaşdı

Koronavirusa yoluxan aparıcı ağlayaraq VİDEO çəkib paylaşdı

Türkiyənin tanınmış aparıcısı Okan Karacan koronavirusa yoluxub.

Milli.Az haberler-ə istinadla bildirir ki, koronavirusa yoluxan aparıcı ağlayaraq video çəkib, paylaşıb. 10 gün əvvəl xəstəxanaya yatırılan O.Karacan oksigen aparatı vasitəsi ilə nəfəs aldığını göstərərək insanları koronavirusu ciddiyə almağa səsləyib.

"10 gündən sonra sizə "mərhəba" demək istədim. Yaxşı ki, varsınız. İnşallah, qısa zamanda xoş xəbərlər çatdıracağam", - o söyləyib.

Emin

Mənbə: news.milli.az