Yeni eşqə "yelkən açan" Demet, Can Yamanı sildi

Yeni eşqə "yelkən açan" Demet, Can Yamanı sildi

Yeni ilin ilk eşq xəbərlərindən olan Demet Özdemir və Oğuzhan Koç sevgisi davam etdiyi günlərdə Demet Özdemir, Can Yamanla olan bütün fotolarını silib.

Open.az xəbər verir ki, sosial media hesabından "Erkenci Kuş" serialından olan fotolarını silən Demet Özdemirin Can Yamanı qısqandığı və Oğuzhan Koçla eşq macərasına bu ərəfədə başlamasının səbəbsiz olmadığı iddia edilir. Belə ki, Can Yamanın İtaliya və İspaniyada əldə etdiyi son uğurları və italyan aparıcı ilə eşq yaşaması, keçmişdə sevgilisi olduğu deyilən Demet Özdemirə pis təsir edib.

Mənbə: open.az