Dünyanın ən qorxunc yeri...

Dünyanın ən qorxunc yeri...

"İrlandiyada yerləşən bu otel ruhlar əfsanələri ilə çox populyardır"

Dünyanın gözəl, görməli, səfalı və heyrətamiz yerləri ilə yanaşı qorxulu məkanları da mövcuddur.

"Şərq" xarici mediaya istinadən xəbər verir ki, müxtəlif hadisələr səbəbi ilə xalq arasında lənətli olaraq tanınan maraqlı yerlər var ki, onların hər birinin özünəməxsus hekayəsi var.

Dünyanın ən qorxulu məkanlardan biri hesab olunan "Loftus Hall" əvvəllər villa olaraq istifadə olunub və sonradan otelə çevrilib. Bura hətta turist ziyarəti də təşkil olunur.

"Loftus Hall" ətrafda yaşayanlar tərəfindən “Şeytanın yatdığı yer 2" olaraq adlanır. İrlandiyada yerləşən bu otel ruhlar əfsanələri ilə çox populyardır. 22 otaqlı malikanə ölkənin ən populyar binalarından hesab olunur.

Rəvayətə görə, 1700-cü illərdə fırtınalı və yağışlı bir havada bu malikanəyə sığınan bir əcnəbiyə evin qızı aşiq olur. Ancaq evə gələn qonağın ayaqlarının dırnaq şəklində olduğunu görürlər və onun insan olmadığını anlayırlar.

Evin sahibi bu hadisədən sonra yaddaşını itirir və onu bir otağa bağlayırlar.

Bir neçə il sonra isə o, dünyasını dəyişir. Ancaq evdəki köməkçilər onun öləndən sonra da ruhunun salonda gəzdiyini görüblər. Bu əfsanə ilə ev hələ də çox populyardır.

Mənbə: sherg.az