Toyu təxirə salınan Cennifer Lopes hələ evlənmək istəmir

Toyu təxirə salınan Cennifer Lopes hələ evlənmək istəmir

Dünya şöhrətli müğənni Cennifer Lopes özündən 6 yaş kiçik olan sevgilisi Aleks Rodrigeslə baş tutmalı olan və sonradan təxirə salınan toyundan danışıb.

Open.az xəbər verir ki, 51 yaşlı Cennifer Lopes dünyada baş verən vəziyyəti vurğulayaraq: "Bu mövzuda danışmaq istəmirəm. İkimiz də öz aramızda bu mövzuya toxunmuruq. Çünki tələsmirik. Dünyanın haraya getdiyini görmək üçün bir az da gözləmək lazımdır" deyib.

Qeyd edək ki, Cennifer Lopes və Aleksandr Rodrigesin eşq macərası 2017-ci ildə başlayıb.

 

Mənbə: open.az