Düşənbədə “Arşın mal alan” operettasının təqdimatı olub

Düşənbədə “Arşın mal alan” operettasının təqdimatı olub

Tacikistan paytaxtındakı Sədrəddin Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının təqdimatı keçirilib.

Open.az xəbər verir ki, təqdimatda Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə, səfirliyin əməkdaşları, diasporumuzun üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Səhnə əsərinin rejissoru Tacikistanın Xalq artisti Şavkat Xalilov, quruluşçu rəssamı Baxrom Safoyevdir.

Rolları Şarofat Usmanzoda, Seyfulla Yusupov, Kurbanmurad Zakirov, Şuxrat Safarov, Munzifo İsoyeva, Mariya Mirzoyeva, Manija Nazarova ifa ediblər. (AzərTac)

Mənbə: open.az