Xalq şairi Nəriman Həsənzadənin vəfatı Azərbaycan ədəbiyyatı və cəmiyyəti üçün böyük itkidir.
Bunu Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.
O bildirib ki, mərhum təkcə şair kimi deyil, həm də ölkənin ictimai-mədəni həyatında mühüm rol oynayıb.
"Nəriman Həsənzadə son dövrə qədər Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri olub. Onunla olduqca xoş münasibətlərimiz var idi", – Anar deyib.
Xalq yazıçısı qeyd edib ki, yazıçı və şairlər həm bədbəxt, həm də xoşbəxt insanlardır:
"Onlar bədbəxtdirlər, çünki taleləri çox ağır olur. Amma eyni zamanda xoşbəxtdirlər. Çünki uzun illər insanların yaddaşında silinməz iz qoyurlar. Nəriman Həsənzadənin əsərləri oxunduqca, özü də yaşayacaq". (Report.az)
Bizim.Media
Mənbə: bizim.media