Murad Arif yeni kampaniyaya başladı – Video

Murad Arif yeni kampaniyaya başladı – Video

Müğənni Murad Arif rəqs “challenge”i başladıb.

XəbərAl.az xəbər verir ki, bu barədə müğənni öz “Facebook” səhifəsində məlumat paylaşıb.

“Xaricdə yaşayanlara deyin ki, “rəqs challenge” edirik. Bu “challenge”ə qoşulmaq üçün aşağıdakılar edilməlidir:

1. Özünüzlə kolonka götürürsünüz.

2. Olduğunuz şəhərin simvolik, gözəl bir məkanına gedirsiniz.

3. Tək və yaxud dostlarınızla bu nəğməni (“Qarabağ” mahnısı”) 1-2 dəqiqə rəqs edirsiniz.

4. Fonda Azərbaycan bayrağını göstərə bilərsiniz.

5. Çəkiliş keyfiyyətli alınmasına səy göstərin.Yəni şəhər də görünsün.

6. Telefonu horizontal tutun.

7. Videonu mənə göndərin.

Göndərmək üçün 2-3 həftə vaxtınız var. Göndərin ki, “Qarabağın Səsi” dünya şəhərlərindən gəlsin”,-deyə Murad Arif əlavə edib.

 

 

Mənbə: xeberal.az