Bu gün Tahir Əkbərin doğum günüdür

Unutmayaq, unutdurmayaq!

Tahir Əkbər (tam adı: Tahir İsmayıl oğlu Əkbərov) 1946-cı il yanvarın 20-də anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, daha sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub.

Tahir Əkbər müxtəlif janrlarda – xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər”, ilahiyyat mövzusunda yazdığı “Amin” əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.

Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub.

Allah rəhmət eləsin.

Onn.az

ƏVVƏLKİ XƏBƏR

Vətəndaşı məcburi peyvənd etmək olarmı?– Tibbi hüquqşünasdan AÇIQLAMA

SONRAKI XƏBƏR

"Nə zülmlər çəkdin, nə qədər qurbanlar verdin..." - Məşhurlar 20 Yanvar faciəsi haqda