Gizli şəkildə evləniblər? - Fotolar

Gizli şəkildə evləniblər? - Fotolar

Hollivud aktyoru Bredli Kuper və model Gigi Hadidin gizli şəkildə ailə qurduqları iddia olunur.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna cütlüyün Paris küçələrində çəkilmiş fotoları səbəb olub.

Belə ki, Fransa paytaxtında gəzinti zamanı fotoobyektivlərə yaxalanan hər iki məşhurun adsız barmaqlarındakı üzüklər diqqəti cəlb edib. Bu isə cütlüyün gizli şəkildə evləndiyi barədə söz-söhbəti daha da artırıb.

Qeyd edək ki, Bredli Kuper və Gigi Hadid 2023-cü ilin oktyabrından münasibətdədirlər. Ötən ilin sonlarında yayılmış xəbərlərdə onların 2026-cı ildə evlənəcəkləri iddia olunurdu. Məşhur ikilinin ailə qurmaq istəməsinin ən mühüm səbəbi övladlarıdır. Belə ki, cütlük uşaqlarını birlikdə böyütmək niyyətindədirlər. Gigi Hadidin müğənni Zeyn Maliklə olan münasibətindən Xay adlı qızı, Bredli Kuperin isə model İrina Şeykdən Lea adlı qızı var.



Mənbə: qafqazinfo.az