Məşhur müğənni Dubayın dəbdəbəli hotelində dincəlir

Məşhur müğənni Dubayın dəbdəbəli hotelində dincəlir

Rusiyalı müğənni Filipp Kirkorov Dubaydakı dəbdəbəli hoteldə istirahət edir.

Cebhe.info xəbər verir ki, müğənni "İnstaqram" hesabında bu barədə paylaşımlar edib.

Sosial şəbəkədə yerləşdirilən videoçarxlardan məlum olub ki, Kirkorov "Cumeyra-Biç" çimərliyi yaxınlığındakı beşulduzlu "Mandarin Oriental" hotelində istirahət edir.

Müğənni Dubay səfərində çemodanından tutmuş beysbolkasına kimi Fransanın dəb brendi "Louis Vuitton"dan istifadə edib.

Digər videoçarxda isə müğənni səhər yeməyi süfrəsini nümayiş etdirib.

"Bu sadəcə bir möcüzədir, bütün süfrələrdən fərqlidir",-deyə o şərh edib.

Mənbə: cebhe.info