Şəhidlər xiyabanı

Şəhidlər xiyabanı

Göy üzün bulud alıb,

Bakıya ilk qar yağıb,

Şəhər kədərə batıb,

20 Yanvar günündə!

 

Qərənfillər önündə,

Düzülən cərgə-cərgə,

Şəkilləri görəndə,

Ürək dözmür bu dərdə!

 

Yanvarın bərk şaxtası,

Havanın qar-yağışı,

Tökülən göz yaşını,

Silir hər məzar daşı!

 

Səsi ürək dağlayan,

Balasını çağıran,

Oğlu şəhid olan,

Analardı ağlayan!

 

Sıra-sıra düzülən,

“Bizi unutmayın” – deyən!

Hər biri qəhrəmandı,

Şir ürəkli aslandı!

 

Tanka yaxın olanda,

Güllələr tuşlananda,

Baxışıyla yandırdı,

O qatil cəlladları!

 

Sinəsi sipər olan,

Dillərə dastan olan,

Vətənimi yaşadan,

Şəhid olan qəhrəman!

 

Sizlərin yanındadı,

Torpaq uğrunda ölən,

Cəsur, igid əsgərim,

Neçə-neçə şəhidim!

 

20 Yanvar açısın,

Soyutmadıq ağrısın,

Nişanəsi çox oldu,

Şəhidlərxiyabanı!

 

El yolunda savaşan,

Qeyrətinə qurbanam,

Üç rəngli bayrağıma,

Fəda olan şəhidim!

 

Qələbəni qazanan,

Məkanı cənnət olan,

İndi rahat yat, ocaqdı

Uyuduğun xiyaban!

 

Xalqımızın yurd yeri,

Qibləgahı, yurd yeri,

Əbədiyyət ocağı,

Şəhidlər xiyabanı!

 

Zəfərinə şahiddi,

Qoynundakı hər şəhid,

Məşəlin də əbədidi,

Şəhidlər xiyabanı!

Şəhidlər xiyabanı!

Təranə CƏBİYEVA tarixçi-publisist

20.01.2021

Mənbə: moderator.az