"İstəmirəm haqqımda nə yaxşıma, nə də pisimə yazmayın, hər kəsi hər şeydən iyrəndirmisiniz”

"İstəmirəm haqqımda nə yaxşıma, nə də pisimə yazmayın, hər kəsi hər şeydən iyrəndirmisiniz”

Moderator.az xəbər verir ki, ifaçı Xatirə İslam “İnstagram” səhifəsində izləyicilərinə və xəbər saytlarına səslənib:

 

“Üzümü tuturam bəzi səhifələrə. Siz nə etmək istəyirsiniz? İstədiyiniz insan haqqında, istədiyiniz başlığı yazıb, gündəm yaradırsınız. İstədiyiniz məşhurun şəklini pis hala salaraq paylaşır və özünüzün səviyyəsinə uyğun olan izləyiciləriniz, “klaviatura pələngləri” orada başlayır müğənniləri təhqir edərək, söyüşlər yazırlar. Bilirəm ki, bu müzakirələr sizin səhifləriniz üçün xeyirlidir. Belə olanda səhifəniz aktiv olur və sabah siz o səhifədən reklam tutub 10-15 manat çörək pulu qazanırsınız. İndi bir başlıqla qarşıladışdım guya Xatirə İslam deyib ki, “Toy olnmasa musiqiçilər acından öləcək”. Xatirə İslam bunu harda deyib? Bir ildən artıqdır ki, müsahibə vermirəm. Əlinizdə sübut, səs yazısı olmadan bu yazıları necə yazırısınız? Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, kimin ürəyi nə istəyirsə götürüb yazsın. Bu nə vaxta qədər belə olacaq? Bu işlə məşğul olan qurumlar olmalıdır. Biz deyrik ki, əşi yazıb, eybi yox. Amma o insanları məsuliyyətə cəlb etsələr, məhkəməyə çağırıb təzminat versələr o hərəkəti etməyəcəklər. Çoxunuzda da fake profillədir. İzləyiciləriniz də original deyil. Düşünmürsünüz ki, söydürdüyünüz adam sizin səhifənizi qırdıra bilər? Sizdə bu ürək hardandır? Nə vaxta qədər ürəyiniz nə istədi onu da yazacaqsınız? Mən belə bir şey deməmişəm axı. Bilmirəm ki, sizə nə deyim. Bu qədərmi söz tapa bilmirsiniz yazmağa? Doğrurdan vəziyyət belədir? Özünüzü normal aparın, mən də sizə müsahibə verim. Hər gün birinizlə görüşüm, sizə müsahibə verim. Məşhurlar ona görə sizdən qaçır ki, siz başqa şey soruşur, başqa şey yazırsınız. Sonra deyirsiniz ki, “can, elə yazdım ki, oxunsun”. İstəmirəm ki haqqımda nə yaxşıma, nə də pisimə yazmayın. Heç dostlarıma, əzizlərimə də müsahibə vermək istəmirəm. Bəsdirin. Hər kəsi hər şeydən iyrəndirmisiniz”.

Mənbə: moderator.az