Masallı məktəbliləri Respublika yaradıcılıq festivalında uğurla çıxış ediblər

Masallı məktəbliləri Respublika yaradıcılıq festivalında uğurla çıxış ediblər

Masallı, 12 iyun, Bağır Əliyev, AZƏRTAC

Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin Respublika yaradıcılıq festivalında Masallılı şagirdlər uğurla çıxış ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin 598 ümumtəhsil məktəbindən 5 min 306 məktəbli iştirak etdiyi festivalda Masallı rayonunun Dəmirçi kənd ümumi orta məktəbinin şagirdləri “Dram” nominasiyası üzrə ikinci yeri tutublar.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd məktəblilərdə yeni növ texnologiyalaradan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlarda ixtisas və peşə seçim imkanlarını təmin edən bacarıqlar aşılanması, ümumtəhsil məktəblərinin sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

Mənbə: azertag.az