"Onlar istəyirlər ki, Seren ölsün"

"Onlar istəyirlər ki, Seren ölsün"

Müğənni-aparıcı Seren Serengil İstanbulun Nişantaşı səmtində kameralara tuş gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin yanında sevgilisi Mustafa Tohma da olub. Çəki atmaq üçün mədə əməliyyatı olan və 70 kq.-dan 46 kq.-a qədər arıqlayan Serengil jurnalistlərlə söhbət edib. O, bir müddət əvvəl xəstə halı ilə istirahətə yollandığı üçün onu tənqid edən izləyicilərinin fikirlərinə cavab verib:

"İnsanlar həqiqətən çox zalımdırlar. Onlar istəyirlər ki, Seren ölsün. Mən ora təmiz hava almaq üçün getdim. Uşaqlıqdan bəri xizəklə sürüşməyi sevirəm. Hazırda xəstəliyim yavaş-yavaş keçir. Hətta 2 kiloqram çəki aldım. İnsanların niyə belə reaksiya verdiyini anlaya bilmirəm".

Mənbə: news.milli.az