Aktrisaya 90 metrdən artıq yaxınlaşarsa həbs olunacaq

Aktrisaya 90 metrdən artıq yaxınlaşarsa həbs olunacaq

Aktrisa Kristina Riççi həyat yoldaşı Ceyms Hirdecdən şiddət gördüyü üçün onu məhkəməyə verib.

Unikal.org xarici KİV-ə istinadən verir ki, məhkəmənin verdiyi uzaqlaşdırma qərarına əsasən, Hirdec həyat yoldaşı və 6 yaşlı qızına 90 metrdən artıq yaxınlaşarsa, həbs olunacaq.

Pandemiya səbəbi ilə evdə qalan aktrisa ərinin onu stolla döyüb, yerdə sürüdüyünü və dəfələrlə üzərinə çay tökdüyünü deyib. Hirdec Riççiyə “Səni parçalayıb öldürən zaman sakit olacam” deyərək şantaj da edib.

Mənbə: www.unikal.org