"Komaya belə düşdüm" - Xəstəliyindən danışıb ağladı

"Komaya belə düşdüm" - Xəstəliyindən danışıb ağladı

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva xəstəliyindən danışıb ağlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "Onda görüşək" proqramında qonaq olarkən sağalmasından bəhs edib:

"Xəstəxanada idim, həkim dedi ki, get evə, törəmə yoxdur. Gəldim pəncərənin yanına, fikirləşdim ki, görəsən, bir də bura gələcəm? Allah verən hər şeyə görə şükür etmişəm. Bütün kimyaterapiya prosesini fikirləşdim. Çox ağır keçirtdim, bacım elə bilirdi ki, öləcəm. Komaya belə düşdüm. Həkimlər iki dəfə qan köçürtdü. O dərəcədə pis olmuşdum ki, dedim, yoldaşım gəlsin qan versin, həkimlər qoymadı. Dedilər, uzan, gecdir. Özləri qan bankından qan köçürdülər. Bəzi məqamlar var ki, onları heç yaşamaq istəmirəm".

Mənbə: news.milli.az