Kenan Çarboğanın “Korkutnamə” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

Kenan Çarboğanın “Korkutnamə” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

21 yanvarda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda TÜRKSOY-un dəstəyi ilə Türkiyənin milli şairi Kənan Çarboğanın “Korkutname” kitabının təqdimat mərasimi keçirilib.

Eurasia Diary xəbər verir ki, tədbiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva açıb.

Təqdimatda Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, üzv ölkələrin səfirləri və ziyalılar iştirak ediblər. Tədbir pandemiya şəraitinə uyğun olaraq keçirilib.

“Korkutname” kitabı Türk Dünyasının ortaq irsi hesab olunan “Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə alınmışdır. Kitabın ilkin təqdimatı Türk Şurasının, TÜRKSOY-un və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərlərinin Azərbaycanın işğaldan azad olunmuş şəhərlərinə: Ağdam və Füzuliyə səfəri zamanı Füzulidə ermənilər tərəfindən dağıdılmış Jurnalislər Evininin qarşısında keçirilib. Füzulinin işğaldan azad olunması münasibətilə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov kitabı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya hədiyyə edib.

İki qardaş beynəlxalq təşkilat olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və TÜRKSOY Türk Əməkdaşlıq Təşkilatları çərçivəsində fəaliyyət göstərirlər.

Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun binasının rəsmi açılışı Türkdilli Ölkələrin Dövlət Başçılarının VII Zirvə Toplantısı çərçivəsində 14 oktyabr 2019-cu il tarixində Fonda üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə həyata keçirilmişdir.

 

Mənbə: ednews.net