“Heç kimə arzulamıram ki, ailəsi dağılsın, balalarının ürəyi iki tirəlik olsun..."

“Heç kimə arzulamıram ki, ailəsi dağılsın, balalarının ürəyi iki tirəlik olsun..."

“Heç kimə arzulamıram ki, ailəsi dağılsın, balalarının ürəyi iki tirəlik olsun. Baxmayaraq ki, bu mənim də həyatımda baş verib. Düzdür, ailə qurmaqda seçim özümdə olmasa da, yanılsam da uşaqlarımın xatirinə hər şeyə dözmüşəm. Mətanət İsgəndərli bizim gözəl sənətkarımızdır, gəlini Canana da onun balasıdır. 20 ildən çoxdur ki, bir yerdə yaşayıblar. Yəqin ki, onların xoş günləri də olub. Ona görə mən də çalışıram ki, ailə bir yerə yığılsın. Ailədə çox söz-söhbət olar, bəzi insanlar bundan gündəm kimi istifadə edirlər. Mən bu cür şeyləri xoşlamıram. Hər iki tərəf əsəb-stress keçirir. Hər şeyə müdrik yanaşmaq lazımdır. Mətanət xanıma və ailəsinə böyük hörmətim var, onlara xoşbəxtlik arzulayıram. Onun gözəl nəğmələri insanların qəlbində yer tapıb. Onu sevən insanlar və xalqı var”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan bildirib. Elza Seyidcahan həmkarına, əməkdar artist Mətanət İsgəndərliyə dəstək olub. Sənətçi bir neçə gün öncə əməkdar artistin gəlini ilə təsadüfən görüşdüyünü deyib.

“Mətanət xanımın övladı da, gəlini mənim üçün hər zaman əzizdir. Onlardan hər zaman hörmət, izzət görmüşəm. Bir neçə gün öncə çəkilişlərdən birində bir yerdə idik. İstəmişəm ki, ailə müdrikliklə bir yerə yığılsın. Ona görə də gəlininə bəzi sözləri dedim. Dedim ki, söhbəti böyütməyin, hər şeyi dedi-qodusuz edin. Hər ailədə müxtəlif mövzularda söz-söhbət düşür. İnşallah ki, hər şey yaxşı olacaq.Yenə də Allah özü bilən məsləhətdir. Hər ailənin öz qanunları var. İnsanlardan da xahiş edirəm ki, heç kimin ailəsini müzakirəyə qoyub, müdaxilə etməsinlər. Ailə kiçik cəmiyyətdir. Bu cür şeyləri gündəmə gətirmək olmaz” deyə əməkdar artist bildirib.

 

 

 

Mənbə: moderator.az