Cəmi dörd həftəyə 1 milyard dollar – bu film dünya kinoteatrlarını fəth edir

Cəmi dörd həftəyə 1 milyard dollar – bu film dünya kinoteatrlarını fəth edir

Kristofer Nolanın “Odisseya” filmi dünya kinoteatrlarında böyük kassa uğuruna imza ataraq rejissorun karyerasının ən gəlirli ekran əsərinə çevrilib.

Filmin dünya üzrə kassa gəlirləri 1,1 milyard dolları ötüb. Bununla “Odisseya” Nolanın “Qara cəngavər” və “Qara cəngavər: Əfsanənin yüksəlişi” filmlərini geridə qoyub.

“Odisseya” nümayişinin cəmi dördüncü həftəsonunda 1 milyard dollarlıq kassa həddini keçib.

Analitiklər filmin daha bir böyük rekorda imza ata biləcəyini bildirirlər. “Odisseya” R yaş reytinqli filmlər arasında ən yüksək kassa gəliri rekordunu qıra bilər. Hazırda bu göstərici 1,33 milyard dollar gəlir əldə etmiş “Dedpul və Volverin” filminə məxsusdur.

“Odisseya” Kristofer Nolanın karyerasında dünya üzrə gəliri 1 milyard dolları keçən üçüncü film olub.

Mənbə: musavat.com