Heydər Əliyev Sarayı “Nizami Gəncəvi ili” çərçivəsində “Nizami xəzinəsindən” adlı layihə keçirəcək

Heydər Əliyev Sarayı “Nizami Gəncəvi ili” çərçivəsində “Nizami xəzinəsindən” adlı layihə keçirəcək

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, “Nizami Gəncəvi ili” çərçivəsində Heydər Əliyev Sarayında silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu barədə Oxu.Az-a saraydan məlumat verilib.

Bildirilib ki, “Nizami xəzinəsindən” adlı layihə çərçivəsində Heydər Əliyev Sarayında gənc bəstəkarların Nizaminin sözlərinə yazdıqları müasir romansların, “Sirlər Xəzinəsi” poemasından səhnələşdirilmiş musiqili tamaşaların, əsərlərindən kiçik kreativ balet nümunələrinin və müsabiqələrin yüksək səviyyədə hazırlanıb keçirilməsi nəzərdə tutulub.

Mənbə: www.oxu.az