“Game of Thrones” serialının daha bir prikveli çəkilir

“Game of Thrones” serialının daha bir prikveli çəkilir

HBO “Game of Thrones” (“Taxt oyunları”) serialının daha bir prikveli üzərində çalışmağa başlayıb.

Yeni film Corc Martinin “Tales of Dunk and Egg” (“Dank və Eqq haqqında povest”) novellasına əsaslanıb.

Bu barədə “Variety” xəbər yayıb.

Baş qəhrəman - cəngavər Uzun Dank və gənc şahzadə Eyeqon Tarqariendir. Hadisələr “Taxt oyunları”ndan 90 il əvvəl baş verib.

Bundan əvvəl HBO “Game of Thrones” serialının prikvelinin çəkilişlərinə başlanıldığı barədə elan etmişdi. Bu film isə Tarqarien sülaləsinin tarixinə əsaslanır və “House of the Dragon” (“Əjdaha evi”) adlanır.

Serialın 2022-ci ildə çıxacağı düşünülür. Onun ədəbi əsası Corc Martinin “Fire and Blood” (“Alov və qan”) kitabı sayılır.

Mənbə: www.oxu.az