İçkini atdıqdan sonra 25 kilo ARIQLADI - FOTOLAR

Britaniyanın Norfolk qraflığının 21 yaşlı sakini Oliviya İbbitson içkini atdıqdan sonra 25 kiloqram arıqlayıb.

Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Belə ki, 15 yaşından içki qəbul edən İbbitson 20 yaşına çatanda artıq hər gün sərxoş olanadək içməyə başlayıb.

2019-cu ildə Yeni ili qeyd edib küçədə yuxuya getdikdən sonra alkoqol zəhərlənməsi və sətəlcəm diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

Bundan əlavə, Oliviya birinci tip diabet xəstəsi olub.

2020-ci ilin mart ayında Britaniyada koronavirusla əlaqədar karantin rejimi başladıqda qız həyatını dəyişmək qərarına gəlib.

"Karantin içki içməyə heç yerə getməyib evdə qalmaq üçün bir fürsət idi", - deyə qız etiraf edib.

O, alkoqol içkilərini su və yaşıl çayla, "fast food" yeməklərini isə sağlam qidalarla əvəz edib. Bundan əlavə, qız hər gün 30 dəqiqəlik gəzintiyə çıxmağa başlayıb.

"İlk ay qeyri-adi dəyişiklik olmamışdı, lakin 2-3 ay sonra mən sürətlə çəki atmağa başladım", - deyən Oliviyanın çəkisi 2020-ci ilin əvvəlində 90 kilo olduğu halda, 9 ay "ayıq" həyatdan sonra 65 kiloyadək düşüb.

Arıqladığı müddətdə yeni sevgilisi ilə tanış olan İbbitson hazırda özünü daha xoşbəxt və özünəinamlı hiss etdiyini deyir.

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Evdən çıxmadıqlarına görə 1100 manat alacaqlar

SONRAKI XƏBƏR

Bill Qeyts peyvənd olundu